Alqoritmin tərtibi

işin aşağıdakı mərhələlərini nəzərdə tutur: 1) prinsipial blok-sxemin işlənib hazırlanması; 2) alqoritmin müfəssəl strukturunu əks etdirən mərhələ-mərhələ blok sxemlərin işlənib hazırlanması; 3) verilən və alqoritmlərin bütöv şəkildə təqdim olunmasının işlənib hazırlanması prosesinin ayrı-ayrı mərhələlərinin məzmunun dürüst təsviri; 4) alqoritmin maşın dilinə çevrilməsi, daha doğrusu, proqramların hazırlanması.
Alıcı reaksiyası
Ana dili
OBASTAN VİKİ
Alqoritmin analizi
Alqoritmin analizi (ing. Analysis of algorithms) — bir alqoritmin effektivliyini və performansını qiymətləndirmək üçün istifadə olunan metodlardır. Bu analiz alqoritmin işləmə sürətini və resurs tələbatını (məsələn, yaddaş və vaxt sərfiyyatını) təhlil etməyə kömək edir. Əsas məqsəd, alqoritmin xüsusən böyük həcmli məlumatlar üçün nə dərəcədə effektiv olduğunu və hansı hallarda üstünlük təşkil etdiyini müəyyən etməkdir. == Əsas aspektləri == === Zaman mürəkkəbliyi === Zaman mürəkkəbliyi (ing. Time Complexity) — alqoritmin həlli üçün tələb olunan vaxtın giriş məlumatlarının ölçüsündən asılı olaraq necə dəyişdiyini təhlil edir. Giriş ölçüsünün artması ilə alqoritmin işləmə müddəti də artar və bu artımı təsvir etmək üçün asimptotik notasiya (böyük "O" notasıyası) istifadə edilir. Zaman mürəkkəbliyi dərəcələri: O(1): Sabit vaxt — alqoritm girişin ölçüsündən asılı olmayaraq eyni vaxtda işləyir. Məsələn, bir siyahıdan elementin mövcudluğunu yoxlamaq. O(n): Xətti vaxt — alqoritmin işləmə vaxtı giriş ölçüsünə mütənasibdir.
Alqoritmin dizaynı
Alqoritmin dizaynı — bir problemi həll etmək üçün sistematik bir yanaşmadır. Bu proses, adətən, aşağıdakı addımları əhatə edir: Problemin təyini: Həll ediləcək problemi aydınlaşdırın. Problemin tərkibi, giriş və çıxışların müəyyən edilməsi vacibdir. Tədqiqat və analiz: Mövcud həll yollarını və metodları araşdırın. Problemin oxşar variantları ilə tanış olun. İdeya generasiyası: Problemi həll etmək üçün mümkün olan bütün yanaşmaları düşünün. Müxtəlif yanaşmaların mümkünlüyünü qiymətləndirin. Alqoritmin strukturu: Seçdiyiniz yanaşmanın alqoritmini qurun. Adətən, alqoritmin daxilində döngələr, şərtlər və digər kontrol strukturlar istifadə olunur. Alqoritmin təsviri: Alqoritmi sadə bir dil və ya qrafik ilə təsvir edin.
Səthi meyillik xəritəsinin tərtibi
Səthi maillik xəritəsinin tərtibi == Ümumi məlumat == Səthi axın potensial enerjisini yaradan relyefin bütün ünsürləri eroziya prosesini yaradan imkanına malikdir. Daha doğrusu hər hansı bir şəraitdə eroziya prosesinin əmələgəlmə gərginliyi və inkişafı ilk növbədə yerin relyefindən, eləcə də mövcud yamacların mailliyindən, baxarlığından, onların məsafəsindən və yamacların səth quruluşunun formasından (kələ-kötürlü, çala və qabarıqlığın bir-birini əvəzetmə tezliyindən) asılı olur. Ümumiyyətlə səthi maillik xəritəsi dedikdə yer səthinin relyef quruluşunda sərbəst su axımının yaranması potensialına malik relyefin müəyyən maillik bucağı altında şaquli formasını özündə əks etdirən planı yada düşür. Səthi maillik xəritəsi hər hansı şəraitdə səth axınlarının sərbəst baş vermə ehtimalı olan bütün ərazilər üçün tərtib edilir. Bundan başqa dağətəyi və dağlıq bölgələrdə torpaqların becərilməsi müxtəlif maillik bucağına və baxarlığa malik yamaclarda aparıldığına, eləcə də leysan xarakterli yağışların yağma ehtimalı çox olan dağətəyi və dağlıq bölgələr üçün səthi maillik xəritələrinin tərtibi olduqca vacibdir. Səthi maillik xəritələri digər tərəfdən ona görə lazımdır ki, tərtib edilmiş həmin xəritələrdə yer səthinin hansı dərəcədə mailliyə malik olması və eroziyaya potensial təhlükəli sahələr əvvəlcədən müəyyən edilir və sel hadisəsi baş verdikdə və səthi yayılma prosesi getmə ehtimal olan yerlər (xüsusən əkinaltı torpaqlar yayılan sahələr) üzrə eroziyaya qarşı tədbirlər sistemi göstərilməlidir. == Maillik dərəcələrinin seçilməsi == Xəritələr tərtib edilərkən səth axınlarına potensial təhlükəli yamacların və digər sahələrin maillik dərəcələrini ifadə etmək üçün aşağıda göstərilən şkaladan istifadə edilməlidir: 0-1, 1-3, 3-5, 5-10, 10-15, 15-20, 20-30, 30-45, >45. Göstərilmiş metod və şkaladan istifadə edilərək Azərbaycan Respublikasının eroziyaya potensial təhlükəli bütün əraziləri üçün irimiqyaslı (1:10 000) səthi maillik xəritələri tərtib edilməlidir. Həmin materiallar əsasında gələcəkdə torpaqların səthi və qobu eroziyasının qarşısının alınmasına aid tədbirlər kompleksinin işlənməsi məqsədilə müvafiq kiçik (1:100000, 1:200000 və 1:500000) miqyaslı xəritələr hazırlanmalıdır. == Maillik xəritələrin əhəmiyyəti == Son vaxtlar iqlimdə istiləşmələrin yüksələn xətlə davam etməsi ilə əlaqədar leysan xarakterli yağıntıların tez-tez təkrarlanması və bunun nəticəsində torpaq eroziyası prosesləri və yaşayış məntəqələrinin, yerüstü və yeraltı xətt tikintilərinin su basması halları güclənmişdir.